AZ

Ələt Azad İqtisadi Zonasında alüminium içki qutuları istehsal edən zavod tikiləcək

Bakı. Trend:

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Macarıstanın “HELL Energy”şirkəti ilə birlikdə həyata keçirilən “Quality Pack Caspian”layihəsi üzərində işləyir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “Quality PackCaspian” Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilkmüəssisə olacaq.

Bildirilib ki, bu zavod Ələt Azad İqtisadi Zonasında yerləşəcəkvə illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olacaq.

Qeyd olunub ki, bu layihə yerli bazarın tələbatını tam ödəməklə,ixrac potensialının inkişafına imkan yaradacaq.

Seçilən
16
az.trend.az

1Mənbələr