AZ

Əkrəm İmamoğlu barəsində istintaq başladı

Ajans.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Bələdiyyə sədri barədə istintaqın başladılmasına səbəb Ə.İmamoğlunun bugünkü mətbuat konfransındakı çıxışı olub.
İstanbul Baş Prokurorluğu İmamoğlunun bu gün keçirdiyi mətbuat konfransında istintaqda şübhəlilərin lehinə qərar çıxarmaq üçün açıq şəkildə müəyyən araşdırmalar və ictimai işlər üzrə eksperti hədəf aldığını müəyyən edib.

Baş Prokurorluq İmamoğluna qarşı “məhkəmə vəzifəsini icra edən şəxsə, ekspertə və ya şahidə təsir göstərməyə cəhd” və “məhkəmə prosesinə təsir göstərməyə cəhd” maddələrilə üzrə istintaqa başlayıb.

Həmçinin bildirilib ki, İstanbul Polis İdarəsinə yazılı və vizual mediada bu istiqamətdə açıqlama verən şəxslərlə bağlı lazımi araşdırmaların aparılması tapşırılıb.

Seçilən
11
Ajans.az

1Mənbələr