AZ

İntihar hücumu: 27 əsgər həlak oldu

Terror təşkilatı "Boko Haram"ın Nigeriyanın şimal-şərqindəki Borno əyalətindəki hərbi bazaya intihar hücumu nəticəsində 27 əsgər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriya ordusunun adının açıqlanmasını istəməyən rəsmisi yerli mediaya bildirib ki, "Boko Haram" üzvləri Borno əyalətindəki hərbi bazaya intihar hücumu həyata keçirib.

Rəsmi hücumda 27 əsgərin öldüyünü, çoxlu sayda əsgərin yaralandığını bildirib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən Boko Haramın 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktlarında on minlərlə insan həyatını itirib.

Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib.  Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.

Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməyə məcbur olub.

Seçilən
4
cebheinfo.az

1Mənbələr