AZ

Bu nəhəng ölkə Trampın hədəfində: Ələ keçirsə, bütün qitəni itirəcək

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Meksikada kartellərlə mübarizə aparacağını, sərhəd divarını genişləndirəcəyini və ölkədən gələn mallara əlavə rüsumlar tətbiq edəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, “Haber Global”a danışan meksikalı politoloq Rafael Floresin sözlərinə görə, bütün Latın Amerikası Trampa qəzəblidir.

Professor bildirib ki, Trampın siyasəti Vaşinqtona “bütün Mərkəzi Amerikanın itirilməsi” bahasına başa gələcək. Onun sözlərinə görə, münasibətlər daha da pisləşəcək.

Beləsi heç vaxt görülməyib

Rafael Flores qeyd edib ki, Donald Trampın prezident kimi ilk dövründə ABŞ və Meksika arasında münasibətlər böyük itkilərə məruz qaldı: “Tramp NAFTA üzvü olan Meksika ilə həmsərhəd 4 ştatda divarlar tikərkən, Meksika xalqının ləyaqətini təhqir edən çoxsaylı açıqlamalar da verib. O, Meksikaya investisiya yatıran şirkətləri hədələyib və nəticədə meksikalıların 70 faizi Tramp haqqında mənfi düşünməyə başlayıb. Meksikanın yüksək rütbəli məmurları Tramp dövründə bir çox ortaq görüşləri ləğv ediblər”.

Vəziyyət daha da pisləşəcək

Seçilən
5
publika.az

1Mənbələr