Məşhur reper Orxan Zeynallı konsertində mərhum Əməkdar artist Aygün Bəylər yad edilib.
Minval.info xəbər verir ki, reper səhnəyə müğənni Mərdan Kazımovu dəvət edib. Onlar birlikdə Aygün Bəylərin “Özün günahkarsan” mahnısını ifa ediblər. Onların ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.