Göygöl rayonunda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Nissan” markalı minik maşını otla yüklənmiş “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza zamanı minik maşınında olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info