AZ

Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, yeni böhtan kampaniyasıdır - Cəlil Xəlilov

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsikeçirilən erməni əsilli şəxslərin guya psixotrop dərmanların təsirialtında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu,İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarlaməsuliyyətdən yayınmağa çalışır:

“Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməniəsilli şəxslərin hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətənmüharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərəyol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bədəməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmincinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərəgörə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir vəAzərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffafşəkildə həyata keçirir.

Paşinyanın məhkəmədə dindirilən şəxslərin guya psixotropdərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyifikirlər absurddur və duyduğu qorxur ki, çıxışlarında bucinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi iləelədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeniittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlarortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaqüçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidirki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın erməni əsillişəxslərlə bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə salabilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləqşəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanıalacaqdır".

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr