Bakı. Trend:
Abşeron və Nəsimi rayonlarında quldurluqda şübhəli bilinənşəxslər saxlanılıblar.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində birnəfərin mobil telefonunun və pulunun quldurluq yolu ilə talanmasıbarədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsininəməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlinitörətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 21 yaşlıƏ.Əlvəndov müəyyən olunaraq saxlanılıb.
Əlavə olaraq, Nəsimi rayonu ərazisində də analoji hadisə başverib. Rayon ərazisində yerləşən kafelərin birində naməlum şəxslərbir nəfəri kəsici alətlə hədələyərək onun mobil telefonunu ələkeçiriblər. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarınınkeçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəlibilinən 42 yaşlı Q.Hüseynov və 31 yaşlı P.İsmayılov müəyyənolunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.