AZ

2 aydır donuz böyrəyi ilə yaşayır

HEYVAN ORQANI TRANSPLANTASİYASINDA YENİ REKORD

Donuz böyrəyi transplantasiyası ilə yaşayan ABŞ-nin Alabama ştatının sakini Tovana Luni iki aydan çoxdur ki, heç bir fəsad olmadan həyatına davam edir. 61 günlük heyvan orqanı ilə yaşama müddəti  dünya rekordudur. Həkimlər qeyd edir ki, Tovana Luninin vəziyyəti stabildir. Həkimlərin proqnozları ümidvericidir. Daha əvvəl ABŞ-da donuz orqanlarının köçürülməsi üzrə dörd oxşar əməliyyat aparılıb, lakin xəstələrdən heç biri transplantasiyadan sonra iki aydan çox yaşaya bilməyib.Tovana Luni bu həddi keçən ilk şəxs olub.

“Mən superqadınam” deyə, doğmaları ilə gəzinti zamanı addımları daha sürətlidir deyə öyünən Tovana Luni bildirib. Transplantasiyaya rəhbərlik edən Nyu York Universitetinin professor Dr. Robert Montqomeri isə mətbuata verdiyi açaılamada deyib ki, Luni təxminən bir ay sonra, transplantasiyadan sonrakı testlər üçün müvəqqəti yaşadığı Nyu-Yorku tərk edib, evinə Alabama ştatının qayıda biləcək

Seçilən
5
4
medicalmedia.az

5Mənbələr