AZ

Gözlər üçün inanılmaz faydalı olan TƏRƏVƏZ

“Kataraktın (görmə səviyyəsinin azalması) inkişafını ləngitmək üçün kale kələmi yemək lazımdır”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu okulist Nil Lerd deyib.

O bildirib ki, məşhur inancın əksinə olaraq, görmə kəskinliyini qorumaq üçün ən yaxşı tərəvəz yerkökü deyil, kale kələmdir.

Lerd daha tez-tez kale kələm yeməyi tövsiyə edib, çünki bu, görmə qabiliyyətini qorumaq üçün ən yaxşı qidadır. O, izah edib ki, bu tərəvəz lutein, zeaksantin və beta-karotinlə zəngindir. Bu maddələr mavi işığın gözlərə mənfi təsirini azaldır və onları yaşa bağlı dəyişikliklərdən qoruyur.

Üstəlik, həkim əlavə edib ki, müntəzəm olaraq kələm yeməklə katarakta və digər göz xəstəliklərinin inkişafını ləngidə bilərsiniz.

Lerdin sözlərinə görə, bu tərəvəzi zeytun yağı, avokado və qoz-fındıq kimi sağlam yağlarla zəngin qidalarla birləşdirin. Lutein və zeaksantin yağda həll olunur, buna görə də az miqdarda yağ ilə yeyildikdə yaxşı əmilir.

Seçilən
8
medianews.az

1Mənbələr