Parisdə 12-ci dairənin meriyasının binasında yanğın baş verib.
Bu barədə "Le Parisien" məlumat yayıb.
“Alov bütün binanı bürüyüb. Binanın uçması təhlükəsi var”, - nəşr polis zabiti Loran Nunesdən sitat gətirir.
Qeyd olunur ki, yanğın yerli yanğınsöndürmə xidmətləri tərəfindən nəzarətə götürülüb. Yanğının söndürülməsi prosesinə 150-yə yaxın insan, o cümlədən yanğınsöndürən texnika cəlb olunub. Nəşrin məlumatına görə, bələdiyyə binasının zəng qülləsi tamamilə yanıb və qismən dağılıb. Bundan əlavə, binanın çökmə riski var.