AZ

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda komitə sədri Əjdər Əliyev VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyası ərzində komitənin fəaliyyətinə dair hesabatını diqqətə çatdırıb.

Yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.

Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.

Seçilən
19
50
azertag.az

10Mənbələr