1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəsi tərəfindən araşdırılacaq.
Morqenştern qiyabi olaraq Rusiya qanunvericiliyində xarici agentlərlə bağlı nəzərdə tutulan vəzifələrin icrasından yayınmaqda ittiham olunur.
İstintaqın məlumatına görə, o, 2024-cü il martın 21-dən gec olmayaraq mesencer və videohostinqlərdən birində materiallar yayıb və onların xarici agent tərəfindən yaradıldığını və ya yayıldığını göstərməyib.
İstintaq Komitəsi Morqenşternin əmlakına həbs qoyulduğunu qeyd edib.