"Flamenqo"nun baş məşqçisi Felipe Luis "Qarabağ"dan transfer etdikləri Olavio Juninyo haqqında danışıb.
QOL.az xəbər verir ki, Juninyo ötən gecə Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunun “Volta Redondo” ilə görüşündə (2:0) meydana çıxmaqla komandada debüt edib.
Matça ehtiyatda başlayan 28 yaşlı forvard 60-cı dəqiqədə - komandası 2:0 öndə olarkən Beyni Henrikenin əvəzləyib.
F.Luis isə “Volta Redondo” ilə oyundan sonra Juninyo ilə bağlı açıqlama verib: "Juninyonun xüsusiyyətlərini, necə bir futbolçu olduğunu, bizə kömək edə biləcəyini və rəqib müdafiəçiləri üçün nə qədər təhlükəli olduğunu bilirik. O, "Flamenqo" forması ilə meydana çıxa bildi. Bu, xüsusi bir məqamdır. Mən öz debütümü xatırlayıram. Ona görə həmişə deyirəm ki, ilk oyun xüsusidir. Juninyonu "Flamenqo" formasında görmək, bütün komanda yoldaşları kimi onun da əlindən gələni etməsi bu kollektivin səviyyəsini yüksəldir".
Qeyd edək ki, Juninyo yanvarın 15-də “Flamenqo” ilə müqavilə imzalayıb. O, Braziliya təmsilçisinə 5 milyon avro təzminat qarşılığında keçib.