QHT.az xəbər verir ki, Cyber Bazar ertəsi alış-veriş dövrü fırıldaqçılar üçün əlverişli vaxtdır. İnformasiya təhlükəsizliyi üzrə ekspert Konstantin Qorbunov alıcıları xəbərdar edir:
- Saytın URL-sini yoxlayın: Məşhur saytların ünvanlarını təhrif edən fırıldaqçılara diqqət edin.
- Saytın funksionallığını qiymətləndirin: Natamam və ya xətalı bölmələr şübhəlidir.
- Şübhəli sorğulardan çəkinin: Əlavə maliyyə məlumatı tələb edən saytlardan uzaq durun.
- Rəyləri yoxlayın: Real olmayan və ya çox ideal rəylər təhlükə siqnalıdır.
- Real olmayan endirimlərə aldanmayın: Şübhəli dərəcədə aşağı qiymətlərə ehtiyatla yanaşın.
Bu qaydalara əməl edərək maliyyə itkilərindən və şəxsi məlumatlarınızın oğurlanmasından qoruna bilərsiniz.
R.İmanov