“Kral Təbabət” özəl klinikası köhnə işçisi tərəfindən məhkəməyə verilib.
Klinika ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 24 fevral tarixində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Kral Təbabət” klinikasının rəhbəri həkim Asəf Tağıyevdir. O, əvvəllər Naxçıvanın Şərur rayon Aralıq kənd xəstəxanasının baş həkimi olub.
Tərəfləri dinləməyə hazırıq.