AZ

Suriyanın sabit və iqtisadi cəhətdən inkişaf etmiş vəziyyətdə olması bizim üçün həyati əhəmiyyət daşıyır - Hakan Fidan

Türkiyə hakimiyyəti Suriyaya yardım göstərilməsi üçün koordinasiya mexanizmi yaradıb. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib və ümidvar olduğunu bildirib ki, Avropa İttifaqı yaxın günlərdə Dəməşqə qarşı tətbiq edilən bəzi sanksiyaları aradan qaldıracaq. 

"Ümid edirik ki, ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların qismən ləğvindən sonra yaxın günlərdə Avropa İttifaqı da bəzi məhdudiyyətləri aradan qaldıracaq. Türkiyə nəqliyyat, energetika və səhiyyə kimi sahələrdə Suriyaya təcili yardım göstərilməsi üçün koordinasiya mexanizmi yaradıb. Suriyalılar bizim qardaşlarımızdır və əlbəttə, bizim üçün Suriya sabit və iqtisadi cəhətdən inkişaf etmiş vəziyyətdə olması həyati əhəmiyyət daşıyır. Ümid edirəm ki, Türkiyənin həm müstəqil şəkildə, həm də tərəfdaşlarla əməkdaşlıq çərçivəsində göstərdiyi səylər nəticə verəcək", - deyə nazir "TRT Haber" telekanalına bildirib. 

ElcanMissiya.Az

Seçilən
3
missiya.az

1Mənbələr