ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya prezidenti Vladimir Putinlə mümkün danışıqlar mövzusu ilə bağlı hələlik heç bir siqnal verməyib. Bu barədə Kremlin sözcüsü Dmitri Peskov brifinqdə məlumat verib.“Bir qayda olaraq, bunu dövlət başçıları belə bir söhbətin təşkilini məqsədəuyğun hesab etdikləri vaxtda özləri müzakirə edirlər. İndiyədək amerikalılardan heç bir siqnal almamışıq, ona görə də, necə deyərlər, öz cədvəlimizə uyğun işləyirik”, - deyə Peskov brifinqdə bildirib.O qeyd edib ki, Rusiya və Amerikanın bu məsələyə hazırlığı hələ də qalır. Peskov əlavə edib ki, bu mövzuda razılıq əldə etmək üçün əlavə vaxt lazım olacaq.Bundan əvvəl, yanvarın 26-da Tramp yenidən Rusiya ilə danışıqlara ümid etdiyini bildirib. O, Putinlə görüşün tezliklə baş tutacağını qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta