Bakı. Trend:
Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağıbarədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqdatəqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsidavam etdirilib.
Trend-inverdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimiElmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənşəxs Qönçə Məmmədova dövlət ittihamçısı Ziya Mansurovun suallarınıcavablandırıb.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişlərin heç birinəhədə-qorxu gəlməyib:
"Evdar xanımam amma təsərrüfat sahəm olub. 70 hind quşu, 5 başiri buynuzlu və 10 baş isə xırda buynuz lu heyvanım var. Faizə pulverirdim. O pulu isə tanıdığım adamlara vermişəm. Həci vasitəsiləzərərçəkmiş Fəridə Fərzəliyevaya faizə pul vermişəm. Mənümumiyyətlə pulları 8 faiz və 10 faizlə verirdim. Dövriyyədə 92 min600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyeva ona verdiyimpulları qaytarmaq fikri yox idi. Ona görə onun adını blogger Qabiləverdim. Qabilin baldızının qaynatası ilə bir xəstəxanada yatmışam.Elə münasibət yaranıb. Bir dəfə də rayonda onu arxadan görmüşəm.Amma onu tiktokdan da tanıyırdım. Qabilin bacısından yoldaşınınnömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə mənicalaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımıvermirlər və o bu məsələni ictimailəşdirsin. Amma bunun müqabilindəQabilə bir qəpik də pul vermədim. Gülayəni isə Lalə xanımınsayəsində tanımışam. Onun şəkillərini "Facebook"dan götürmüşəm. Mənheç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bankfəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılmaması üçünBaş Prokurorluğa, Abşeron rayon Polis idarəsinə və Daxili İşlərNazirliyinin 102 Xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənimborc pullarımı qaytarması üçün heç bir rolu olmadı. Evimdən 50 mindollar çıxıb. Onlar da şəxsi pullarımdır. Bir daha deyirəm ki, mınheç kimə hədə-qorxu gəlməmişəm".
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Qönçə Məmmədova dahaçox qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə faizə pulverib.
Belə ki, Fatimə Əhmədovaya 22.100 manat məbləğində pulu kreditkimi verməklə qarşılığında həmin məbləğin faizi qismində 1.500manat, Namik Həsənova 8.000 manat məbləğində pulu verməkləqarşılığında həmin məbləğin faizi qismində 600 manat, KəmaləƏkbərovaya 6.000 manat məbləğində pulu verməklə qarşılığında həminməbləğin faizi qismində 11.575 manat, Gülaya Quliyevaya 28.500manat məbləğində pulu verməklə həmin məbləğin faizi qismində 28.500manat, Soltan Qasımova 7.000 manat məbləğində pulu verməkləqarşılığında həmin məbləğin faizi qismində 1.760 manat, ÇiçəkCəfərovaya 4.000 manat məbləğində pulu verməklə qarşılığında faizqismində 410 manat, Rəna Bədəlliyə 3.000 manat məbləğində puluverməklə qarşılığında 800 manat, Tahirə Məmmədovaya 700 manatməbləğində pulu verməklə qarşılığında faizi qismində 140 manat,Samir Qəribova 4.500 manat məbləğində pulu verməklə qarşılığındafaiz qismində 810 manat, Fəridə Fərzəliyevaya 8.000 manatməbləğində pulu verməklə qarşılığında faiz olaraq 5.300 manat,Tamilla Ağayevaya 420 manat məbləğində pulun qarşılığında faizqismində 50 manat, Cəmilə Cəfərovaya 340 manat məbləğində puluverməklə qarşılığında faiz qismində 210 manat, Bahtıgül Məmmədovaya200 manat məbləğində pulu verməklə qarşılığında 20 manat faizolmaqla cəmi 13 nəfər şəxsə 92.760 manat məbləğində pulu kreditkimi verməklə həmin pul vəsaitinin, əlavə faizlər qismindəümumilikdə 51.675 manat məbləğində pulu gəlir kimi Bakı şəhəri vəAbşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqlaməşğul olub.
İttiham aktında o da qeyd olunub ki, bundan başqa, QönçəMəmmədova faizə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldəetmək məqsədi ilə guya qohumu kimi təqdim etdiyi bloqer QabilMəmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqındarüsvayedici məlumatları yayacağı ilə hədələyib.Lakin şifahihədələrlə Gülaya Quliyevadan pul ala bilmədiyini görüb onunqohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə vəD.Qəniyevin "İnstagram" və "Facebook" sosial şəbəkələrindəki şəxsihesablarında olan foto şəkilləri, habelə onların şəxsi həyatı vəguya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışıLalə Sultanova vasitəsilə əldə edərək votsapla Qabil Məmmədovagöndərib.
Qabil Məmmədov da öz növbəsində "Youtube" internetplatformasında təsis etdiyi "Haqsızlığa susma" adlı internetkanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğuşəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkiledib.
Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyatakeçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədi iləeyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalardamütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatlarıyayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağıhədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraqəlavə 4.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.
Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci(hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə,təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeylimiqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1(qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habeləxeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri iləittiham irəli sürülüb.