AZ

Dollar “ölür”

ABŞ Prezidenti Donald Trampın sərt ticarət siyasəti beynəlxalq ödənişlərdə dollardan uzaqlaşmaya təkan verə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikri Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei Asia” bildirib. Qəzet qeyd edir ki, Çin yuanının beynəlxalq hesablaşmalarda rolu artır, müxtəlif ölkələrin maliyyə ehtiyatlarında qızılın payı artır.

Qəzet hesab edir ki, yeni administrasiya həqiqətən “birinci ABŞ” iqtisadi siyasətini həyata keçirərsə, dollardan tədricən uzaqlaşma daha da güclənə bilər. Nəşrin yazdığına görə, ABŞ valyutasından imtina tendensiyası müxtəlif ölkələrin ABŞ sanksiyaları altına düşmək təhlükəsi ilə bağlı narahatlıqları ilə gücləndirilir. “Nikkei Asia” qeyd edir ki, bunun təzahürlərindən biri artıq 1600-dən çox maliyyə institutunun istifadə etdiyi Çin müstəqil CIPS sistemi vasitəsilə yuanla ödənişlərin populyarlığının artması olub.

SWIFT beynəlxalq banklararası hesablaşma sisteminə əsasən, 2024-cü ildə xarici ticarət əməliyyatlarının 49%-dən çoxu Amerika valyutası ilə aparılsa da, 2024-cü ilin noyabrına olan məlumata görə, yuanın payı 6,4%-ə yüksəlib. O, bu göstərici üzrə dünyada ikinci yerə yüksələrək avronu (6,3%) üçüncü yerə yüksəldib.

Beynəlxalq Valyuta Fondu 2024-cü ilin sentyabrına kimi dolların dünya qızıl-valyuta ehtiyatlarının 57,4%-ni təşkil etdiyini, lakin 1999-2001-ci illər arasında bu payın 70%-i keçdiyini bildirib. Qəzet qeyd edir ki, bu müddət ərzində Avstraliya dolları, Çin yuanı və Cənubi Koreya vonu dünya ehtiyatlarında öz çəkisini xeyli artırıb.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr