Finlandiyanın Baş naziri Petteri Orpo ABŞ Prezidenti Donald Trampın “Qrenlandiyanı satın almaq” ritorikasına cavab olaraq Danimarkanı dəstəklədiyini açıqlayıb.
"Cebheinfo.az" "YLE" nəşrinə istinadən xəbər verir ki, Orpo paytaxt Helsinkidə keçirdiyi mətbuat konfransında Qrenlandiya müzakirələri və Baltik dənizində kabel əlaqəsi kəsilməsi ilə bağlı açıqlama verib.
Orpo Qrenlandiyanın Danimarkanın tərkibində qalmasının tərəfdarı olduqlarını və bu mövzuda Danimarka ilə təmasda olduqlarını bildirib.
Daha əvvəl Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını “öz danışıq tərzi var” deyə ciddi qəbul etmədiyini bildirən Orpo, bu açıqlamaların ciddi ola biləcəyinə diqqət çəkərək, “Əsas odur ki, heç kim sərhədləri dəyişə bilməz" deyib.
Trampın Avropaya sanksiya tətbiq etmə ehtimalı ilə bağlı Orpo, mümkün sanksiyaların Finlandiyanın ixraca əsaslanan iqtisadiyyatına zərər verəcəyini bildirib.
Baş nazir Orpo, "Baltik dənizində dörd telekommunikasiya kabelinin kəsilməsinə Rusiyanın səbəb olduğu aydındır" deyib və araşdırmanın davam etdiyini qeyd edib.