AZ

ChatGPT və digər süni intellekt proqramları təhlükülədir?

Ekspert bildirib ki, bizim məlumatlarımız yerli, qlobal və müxtəlif formatlarda olan qurumlarda mövcuddur.

Son illərdə süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Bu sahədəki ən məşhur nümunələrdən biri də ChatGPT-dir. Bu proqramın insanlara müxtəlif mövzularda məlumat vermək, suallarını cavablandırmaq və s kimi funksiyaları mövcududur. Lakin, bu texnologiyaların istifadəsi ilə bağlı təhlükəsizlik və etik məsələlər də gündəmə gəlir. ChatGPT və digər süni intellekt proqramları, şəxsi məlumatların qorunması və istifadəsi baxımından bəzi narahatlıqlar doğurur.

Bəs onlardan istifadə təhlükəlidirmi?

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Operativ Media”ya açıqlama verib:

"ChatGPT ilə bağlı problemlər əsasən insanların özləri ilə əlaqəlidir. ChatGPT özü bir proqramdır, süni intellektdir. Onun içində hansısa kritik məlumatların saxlanılması və üçüncü tərəflə paylaşılma ehtimalı var. Çünki bu bir proqramdır. Bu məlumatlar hər kəsin şəxsi və fərdi məlumatı ola bilər. İnsanlar bu məlumatları özləri də paylaşa bilərlər. Bunu nəzərə almaq lazımdır. Bu məsələdə ChatGPT-də müəyyən problemlər var, amma növbəti versiyalarda bu məsələyə qarşı müəyyən bloklar qoyulacaq. Hazırda bu üzərində iş gedir. OpenAI şirkəti bu məsələni yaxın gələcəkdə həll edəcək. Amma qeyd etmək lazımdır ki, buna problem demək olmaz. Hər bir insan başa düşməlidir ki, öz məlumatlarını üçüncü tərəflə paylaşmamalıdır.

İkinci tərəfdən məsələyə baxaq. Biz istənilən bir resursdan qeydiyyatdan keçəndə öz məlumatlarımızı bölüşürük. Məsələn, sosial şəbəkədə səhifə açanda, biz öz məlumatlarımızı daxil edirik. Bu məlumatlar istənilən halda hər hansısa bir tərəfə ötürülür. Bu məlumatların necə istifadə olunacağı məsələsi də böyük bir sual altındadır. Bəzi sosial şəbəkələrlə bu mövzuda böyük skandallar olub. Çünki həmin şəbəkələr məlumatları müxtəlif şəxslərə ötürüb və s. Və bu məlumatlar vasitəsilə müəyyən gəlirlər əldə edilir. Çünki bu məlumatlar sayəsində, istifadəçilərə öz məhsullarını satmağa çalışan şirkətlər, reklamlarını bizim yaşımıza, cinsimizə və digər xüsusiyyətlərimizə uyğun olaraq formalaşdırırlar.

Konkret olaraq deyə bilərik ki, bizim məlumatlarımız yerli, qlobal və müxtəlif formatlarda olan qurumlarda mövcuddur. İndi isə bu məlumatları əldə edən qurum və ya proqramlardan biri də ChatGPT və müxtəlif süni intellek proqramlarıdır. Bu məlumatların toplandığı yeni bir məkandır. Lakin uzun illərdir ki, bu məlumatlar başqa qurumlar tərəfindən də toplanır. Hətta elektron poçtlar vasitəsilə məktub göndərəndə, həmin mövzuya uyğun olaraq sosial şəbəkələrdə reklamlar istifadəçinin qarşısına çıxır. Demək, bizim elektron poçtlarımız da skan edilir və reklam şirkətlərinə göndərilir. Bu artıq adi hala çevrilib. Ona görə də, ChatGPT-də olan bu prosesdə böyük bir təhlükəsizlik problemi demək olmaz".

Seçilən
8
50
operativmedia.az

10Mənbələr