AZ

Xaliq Mərdanov texniki zonaya buraxılmır - "Kəpəz"dən ayrılıb?

"Kəpəz" klubunun əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanov 12-ci turdan bu yana gözə dəymir. Noyabrın 4-də ölkə çempionatının XII turunda qarşılaşdıqları "Səbail-2" ilə matçda hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanan çalışdırıcı çoxdan işinin başına, konkret texniki zonadakı mövqeyinə qayıtmalı idi. Ancaq 18-ci turda adı protokola daxil edilməyən Mərdanov qış fasiləsindən sonrakı iki turda da komandanın yanında ola bilmir. Onun əvəzinə protokola köməkçisi Taryel Hüseynovun adı qeyd olunur. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Xaliq Mərdanov postundan uzaqlaşdırılmayıb.

Əks halda, son turda Gəncədən Bakıya uzaq yolu qət edib "Səbail-2" ilə 20-ci turun oyununu tribunadan izləməzdi. 

Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, "Kəpəz" ona görə AFFA-nın kəsdiyi 400 manatlıq cəriməni ödəmədiyi üçün qadağa ilə üzləşib. Qurumdan bildirilib ki, baş məşqçiyə görə cərimə ödənməyə qədər adı protokola daxil edilə bilməz. 

Maraqlı burasındadır ki, "Kəpəz" klubu məşqçiyə ödənişi özünün etməli olduğunu deyib. Mütəxəssis isə pul cəzasını ödəmək istəmir.

Mirağa

Seçilən
28
fanat.az

1Mənbələr