Naməlum şəxslər Boliviyanın paytaxtı La Pasda Venesuela səfirliyinin binasına atəş açıblar. Bu barədə Boliviya Xarici İşlər Nazirliyinin rəhbəri Selinda Sosa X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, basqınçılar səfirliyə odlu silahdan bir neçə dəfə atəş açıb və fasadın bəzi elementlərinə ziyan vurublar. Sosa bildirib ki, ölkə hakimiyyəti bu cür vandalizmi pisləyir. O, hadisə ilə bağlı araşdırmaya başladığını da bildirib.
Yanvarın 19-da amerikalı sahibkar İlon Mask öz hesabında yazıb ki, Venesuela prezidenti Nikolas Maduro ölkə əhalisinə zərər verir.
Həmin gün Axios portalı ABŞ prezidenti Donald Trampın administrasiyasındakı anonim mənbəyə istinadən yazıb ki, Vaşinqton Venesuelada hakimiyyət dəyişikliyinin sülh yolu ilə baş tutmasını istəyir.
Qeyd olunur ki, Tramp ABŞ prezidenti Co Baydenin Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaq qərarını Konqresə göndərmək istəməsindən sonra Venesuelada hakimiyyət dəyişikliyində maraqlı olub.
Bundan əvvəl ABŞ-ın Maduronun andiçmə mərasimini tanımadığı və onun tutulmasına görə mükafatı artırdığı bildirilirdi.
Oxuməni.az