AZ

“Məktəblilər Ədibin Evində” layihəsi bu il Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək

Bakı. Trend:

Ötən ildən etibarən “Ədibin Evi” və Bakı Şəhəri üzrə Təhsilİdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən, 200-dən çoxBakı məktəblisinin iştirak etidyi "Məktəblilər Ədibin Evində"layihəsi bu il “Balakhani Operating Company LTD”-nin dəstəyi ilədavam edəcək.

2025-ci ilin ilk görüşündə İçərişəhərdə yerləşən Azərbaycanıngörkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın yaşadığı tarixiünvan- “Ədibin Evi”ni paytaxtın ən qədim məktəblərindənbiri-Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi”, 67 saylı tamorta məktəbin şagirdləri və Azərbaycan dili və ədəbiyyatı üzrəmüəllimləri ziyarət ediblər. Qeyd edək ki, XIX əsrin sonunda BakıNeft Sənayeçiləri Qurultayının qərarı ilə açılan məktəbBalaxanı-Sabunçu-Ramana neft mədənlərində çalışan fəhlələrinuşaqlarına təhsil vermək üçün təsis edilmişdir.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva məktəblilərləMir Cəlalın həyat və yaradıcılığı ilə bağlı söhbət aparıb. Bildiribki, fəaliyyət illərinin əsas hissəsi Sovet dövrünə düşsə də, ədibəsərlərində mövcud senzuraya rəğmən bədii yollarla daim müasirlik,maarifçilik, müstəqillik və azərbaycançılıq ideyalarını təbliğedib, gələcək nəsillər üçün bu toxumları səpib. Mir Cəlalınsitatına müraciət edərək ki, Şəfəq Mehrəliyeva vurğulayıb ki,“günəş torpağın dərinliklərinə nüfuz edib onu bahar həyatına oyadankimi, kitab da bəşəriyyətin ən geniş təbəqələrini həyata, azadlığa,səadətə çağırmaqdadır”.

Məktəblilərlə söhbəti davam edən Elm və Təhsil NazirliyininUşaqların Müdafiəsi idarəsinin rəis müavini Günel Səfərova isəbildirib ki, təhsil və fərdin müstəqil düşüncə qabiliyyəti arasındabirmənalı əlaqə var. O vurğulayıb ki, kitaba sevgi və qiraət əngənc yaşdan insanın yaradıcı və tənqidi təfəkkürünü genişləndirir,həyatını təhlil edib qiymətləndirmək bacarığı aşılayır və nəticədəcəmiyyətin daha faydalı üzvünə çevirir. Bu ay 35 illiyini qeydetdiyimiz Qara Yanvar hadisələrini nümunə gətirərək Günel Səfərovadeyib ki, Sovet İttifaqının süqutunu tezləşdirən həmin hadisələrQarabağdakı haqsızlıqlara etiraz səsini ucaldan məhz tənqiditəfəkkürlü xalqın səsini batırmaq cəhdi idi. Lakin Azərbaycan xalqımüstəqillik istəyindən geri dönməyib, qurbanlar bahasına sonunda özmüstəqilliyini bərpa etdi. İlk müstəqillik tairiximizdə də,həmçinin əsrlərlə aralarında ədavət aparıb birləşə bilməyənAzərbaycan xanlıqlarını müstəqil dövlətə xaricdə təhsil alıbmütərəqqi ideyalarla qayıdan ziyalılar çevirdi. “Təhsil namümkünümümkün edəndir”, deyərək Günel Səfərova məktəblilərə təhsillərindəuğurlar arzulayıb.

"Məktəblilər Ədibin Evində" layihəsinin məqsədi gənclər arasındamütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağınartırılması, şagirdlərin milli ədəbiyyat vasitəsi iləazərbaycançılıq ideyaları ilə tanış olmasını təmin etməkdir.

Bu il layihəni dəstəkləyən “Balakhani Operating Company LTD”-ninprezidenti Rövşən Rzayev şirkətin qərarını şərh edərək bildirib:“Ölkəmiz yeni neft erasına qədəm qoyduqdan bəri əsası ÜmummilliLider Heydər Əliyev tərəfindən qoyulan və hazırda çoxsaylı təhsilproqramları vasitəsi ilə Prezident İlham Əliyev tərəfindən davametdirilən “qara qızıl”ın “insan qızılı”na çevrilməsi siyasətişirkətimiz üçün sosial məsuliyyət layihələri seçərkən prioritetistiqamətdir. Azərbaycanın son 30 ildə qüdrətli dövlətəçevrilməsinin təməlində onun insanının zəkazı və əməyi durur. Ümidedirik, fəaliyyət göstərdiyimiz Sabunçu və Suraxanı rayonuərazilərindəki məktəblilər bu il “Ədibin Evi”ndəki görüşlərdəiştirak edərək dövlətimizi yeni uğurlara aparan nəslinnümayəndələri kimi formalaşacaqlar.”

“Məktəblilər
“Məktəblilər
“Məktəblilər
“Məktəblilər
“Məktəblilər
“Məktəblilər
Seçilən
3
az.trend.az

1Mənbələr