AZ

İrəvan yeni Suriya hökuməti ilə əlaqələr qurur

Yanvarın 27-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dəməşqdə Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, nazir müavini Ermənistan hökumətinin Suriya tərəfi ilə ikitərəfli əlaqələrin inkişafına sadiq olduğunu bildirib. Həmsöhbətlər əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Vahan Kostanyan Ermənistan tərəfinin humanitar sahədə və islahatların həyata keçirilməsində yardım göstərməyə, eləcə də Suriya üçün prioritet layihələri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər qarşılıqlı olaraq Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğunu vurğuladılar. Bu çərçivədə Suriyada həmrəylik və əhatəlilik mühitinin yaradılmasına yönəlmiş səylərə dəstək ifadə edilib.

"Cebheinfo.az"

Seçilən
19
cebheinfo.az

1Mənbələr