AZ

Müştərilərin "AccessBank"a axını davam edir - BANKIN DEPOZİT PORTFELİ 1 MİLYARD MANATI KEÇDİ

2024-cü ildə  "AccessBank"ın öhdəlikləri 193 milyon 763 min manat (18%) artımla 1 milyrad 249 milyon 856 min manata yüksəlib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata görə "AccessBank"ın depozit portfelində də artım müşahidə olunub.

Belə ki, bu dövrdə bank 1 milyard 25 milyon 559 min manat depozit portfelinə malik olub. Onun da 800 milyon 243 min manatı fiziki, 225 milyon 316 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.

2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 193 milyon 763 min manat (19%), fiziki şəxslərin depozitləri 81 milyon 230 min manat (11%), hüquqi şəxslərin depozitləri isə 84 milyon 275 min manat (60%) artıb.

Seçilən
21
8
fed.az

10Mənbələr