AZ

Cəlilabadda bu mövsüm 61 min hektara yaxın sahədə taxıl əkilib

Cəlilabad rayonunda cari mövsüm üçün taxıl əkini yekunlaşıb.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, rayon üzrə bu ilin məhsulu üçün 60 min 430 hektarda taxıl əkilib. Bunun 46 min 980 hektarını arpa, 13 min 450 hektarını buğda təşkil edir.

Qeyd edək ki, ötən əkin mövsümündə rayon ərazisində 66 min 375 hektar sahədə taxıl bitkiləri becərilib və 209 min 124 ton məhsul əldə olunub.

Seçilən
39
1
report.az

2Mənbələr