AZ

Qanunsuz bukmeyker saytlarını əsasən ABŞ və Ermənistan himayə edir- Türkiyə ortaya çıxardı...

Image

2024-cü ildə Türkiyədə bloklanan qeyri-qanuni bukmeyker saytlarının əksəriyyəti ABŞ və Ermənistanda qeydə alınıb. Türkiyənin “Akşam” qəzeti Türkiyə Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Milli Piyanqo Qurumunun məlumatlarına istinadla bildirir ki, təkcə ötən il virtual mühitdə qumar və mərc oyunları xidmətləri göstərən 233 min onlayn resursa giriş bloklanıb.

“Dünyanın 95 ölkəsində qeydiyyatdan keçmiş saytlar bloklanıb. Ümumi sayın ən böyük payı ABŞ (56 faiz) və Ermənistanın (17 faiz) payına düşüb. İlk üçlüyü Niderland (6 faiz) tamamlayır”, - deyə nəşr bildirir və yuxarıda qeyd olunan ölkələri qeyri-qanuni bukmeyker xidmətləri “bataqlığının mənbəyi” adlandırır.

Milli Piyanqo qeyri-qanuni mərc oyunları və digər bukmeyker xidmətləri ilə mübarizəni davam etdirmək əzmində olduğunu vurğulayaraq, vətəndaşları dələduzluğun qurbanı olmamağa çağırıb.

ZÜMRÜD





Seçilən
11
baki-xeber.com

1Mənbələr