AZ

"Valensiya" 70 il idi ki, La Liqada bu vəziyyətə düşmürdü

İspaniya La Liqasının 21-ci turu çərçivəsində dünən keçirilən matçda "Barselona"ya 1:7 hesabı ilə uduzan "Valensiya" XXI əsrdə ölkə birinciliyində ən ağır məğlubiyyətini alıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "yarasalar" İspaniya çempionatında son dəfə 1955-ci ildə 7 qola üzülüblər. 

Həmin vaxt sözügedən komanda "Alaves"ə 0:7 hesabı ilə yenilib.

Ümumilikdə "Valensiya" tarixi ərzində 8 dəfə 7 və daha artıq qol buraxaraq məğlub olub. Bunlardan sonuncusu 2016-cı ildə, İspaniya Kubokunun yarımfinalında qeydə alınıb. Maraqlıdır ki, 9 il öncəki dueldə də valensiyalılar məhz "Barselona"ya 0:7 hesabı ilə uduzublar.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr