AZ

Azərbaycanda NATO-nu Slovakiya və İsveç təmsil edəcək

İsveçin Azərbaycandakı səfirliyi NATO ilə əməkdaşlıq haqda paylaşım edib.

Paylaşıda deyilir: Slovakiya və İsveç səfirlikləri NATO-nun Azərbaycanda əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.

Slovakiya Səfirliyi və İsveç Səfirliyi 1 yanvardan 2025-2026-cı illərdə Azərbaycanda əlaqələndirici səfirlik kimi fəaliyyət göstərəcəklərini məmnuniyyətlə bildirir.

“Səfir Layçak və səfir Lorenzon azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edərək, NATO-nun Azərbaycanda həyata keçirdiyi təbliğat səylərini və digər tərəfdaşlıq fəaliyyətlərini dəstəkləməyi səbirsizliklə gözləyirlər”, – paylaşmada deyilir.

Seçilən
15
busaat.az

1Mənbələr