Binəqədi mərkəz (sentralni) adlanan ərazidə nəqliyyatın hərəkəti tənzimlənmədiyi üçün günün pik saatlarında hərəkət tam olaraq kilidlənir.
Bu barədə Operativ Media-ya vətəndaşlar məlumat veriblər.
Belə ki, ən çox axşam saatlarında yük avtomobilləri, minik avtomobilləri və marşrut avtobuslarının ərazidən keçməsi səbəbindən xaos yaranır.
Qeyd edək ki, hazırda həmin ərazidən çox sayda marşrut keçməkdədir. Yuxarıda qeyd olunan xaotik vəziyyət marşrutların intervallarının uzanmasına səbəb olur. Yerli sakinlərin səyi ilə marşrutların pik saatlarda hərəkəti təmin edilir.
Bəs nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə həmin ərazidə yaxın gələcəkdə hansısa işlər görüləcəkmi?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentlikdən bildirildi ki, sözügedən ərazi ilə bağlı layihə artıq hazırlanıb və müvafiq qurumlarla razılaşdırılaraq icra olunması istiqamətində işlər görüləcək.