ABŞ-da irimiqyaslı yanğınların davam etdiyi Kaliforniya ştatı ölkədən ayrılmaq istəyir. Üstəlik, çoxları bunun Texasda da baş verə biləcəyini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Bildirilir ki, Kaliforniyada yerli sakinlər ideyalarını “Calexit” adlandırıblar ki, bu da “Brexit”ə – Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına işarədir. Belə bir ideya kifayət qədər səs toplayarsa, o zaman ştatın ABŞ-dan ayrılması 2028-ci ildə baş verə bilər ki, bu da sonradan Vaşinqtonda hökumətə etimadsızlıq səsverməsinə səbəb olacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp inauqurasiya nitqi zamanı Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyətində olduğunu bildirmişdi.