Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun yer aldığı “Alba” Rumıniya çempionatında mühüm qələbə qazanıb.
İdman.biz xəbər verir ki, Blaj təmsilçisi öz meydanında "Voluntari"ni 3 setdə məğlub edib.
Ruban 17 xal toplayıb, Xarçenko isə matçı buraxıb.
Qələbə “Alba”ya turnir cədvəlində “Voluntari”ni qabaqlayaraq 2-ci pilləyə yüksəlməyə imkan verib.
Qeyd edək ki, aktivində 25 xalı olan Rubanın komandası lider Buxarest "Dinamo"sundan iki xal geri qalır.
İdman.biz