Prezident İlham Əliyev bir sıra qurumların işçilərinin əməkhaqqılarının artırılması ilə bağlı fərmanlar imzalayıb.
hakimiyyet.az President.Az-a istinadən bildirir ki, Prezidentin müvafiq fərmanları ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.
Fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.