AZ

"Məncə, bəxtim gətirdi" - MY-yə qələbə qazandıran argentinalı

İngiltərə Premyer Liqasının 23-cü turunda səfərdə "Fulhem"i 1:0 hesabı ilə məğlub edən "Mançester Yunayted"in argentinalı müdafiəçisi Lisandro Martines qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, oyunun 78-ci dəqiqəsində "qırmızı şeytanlar"ın yeganə qoluna imza atan cənubi amerikalının sözlərini "TNT Sports" belə çatdırıb:

"Məncə, bəxtim gətirdi, amma bu, vacib qələbədir. Qazandığımız qələbədən məmnunam. Kimin qol vurması önəmli deyil. Əsas olan 3 xaldır".

Martines 2022-ci ildən MY-nin uğurları üçün çalışır. Onun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm İngiltərə nəhənginin forması ilə bütün turnirlərdə 30 matça çıxan Lisandro 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr