Çox gülməlidi ey, “Kəpəz” Tovuzda “Turan”la oynayır, şərhçi “Kəpəz”i meydan sahibləri kimi təqdim edir.
Mən uşaq olandan “Araz-Naxçıvan” “Araz” adlanıb, niyə ona “Naxçıva” sözünü əlavə ediblər? Hamı “Araz” adı eşidəndə bilir ki, söhbət Naxçıvan klubundan gedir.
Eləcə də bu sözlər “Turan Tovuz”a da aiddir. Eləcə də vaxtilə “Qarabağ” “Qarabağ-Azərsun” adlanırdı. Biz o vaxt məsələ qaldırdıq ki, bu düz deyil. Sağ olsunlar ki, sonra “Azərsun”sözünü çıxardılar.
“Araz-Naxçıvan” da Bakının stadionlarının birində, deyək ki, Mərdəkanda Bakının “Neftçi” klubunu qəbul edir, şərhçi “Araz-Naxçıvan”ı meydan sahibləri elan edir. Bişmiş toyuğun da gülməyi gəlir.
Əslində şərhçilər belə ifadə etməlidir: “Meydançası olmayan meydan sahibləri”.
Aqil Abbas