AZ

Qız uşaqları oğlanlardan daha yaxşı oxuyub yazır-Alimlər


Oğlanlar oxumaq və yazmaqda qızlardan geri qalırlar.


“Medicina” xəbər verir ki, Avstraliyalı tədqiqatçılar nəticəyə gəliblər. Kimin daha ağıllı olması - oğlanlar və ya qızlar - mübahisəsi uzun müddətdir ki, davam edir.


Dünyada kişi alim və ixtiraçının çoxluğu güclü cinsin daha çox intellektual inkişaf etdiyini göstərir, lakin bəzi bacarıqların qızlarda daha yaxşı olduğuna dair artan sübutlar var.


Avstraliyadan olan tədqiqatçılar 4 milyona yaxın amerikalı uşağı tədqiq edərək belə nəticəyə gəliblər ki, hər bir məktəbli üçün oxumaq və yazmaq kimi əsas bacarıqlarda qızlar oğlanlardan üstündür.


Tədqiqatçılar müəyyən ediblər ki, oxumaq bacarığında cinsiyyət fərqləri çox erkən yaşlarda başlayır və zaman keçdikcə artmağa davam edir. Oğlanlara nisbətən qızlar əla oxu bacarıqları nümayiş etdirirlər.


Araşdırmanın müəllifləri qeyd edirlər ki, alimlərin bu mövzuda əvvəlki işlərinin əksəriyyəti oxu qabiliyyəti ilə bağlı olub, lakin yazı bacarıqlarına toxunmayıb. Amma yazmaq bacarığı xüsusilə vacibdir. Oğlanların çoxu yaxşı oxu bacarıqlarına malikdir, amma orta səviyyədə yazı bacarıqlarına malikdir.

Kişilər və qadınlar arasındakı bu cür fərqlər tədqiqat müəlliflərinin özlərini təəccübləndirib. Onlar bu fərqlərin zamanla azaldığını görməyiblər. Belə ki, əgər oğlanlar kiçik yaşlarından yazıya daha çox diqqət etməyi hələ öyrənməyiblər.

Aygün Musayeva


Seçilən
11
medicina.az

1Mənbələr