AZ

AZAL təyyarəsinin qəzasının səbəbləri ilə bağlı qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaq - Kamran Əliyev

Bakı. Trend:

Aktau yaxınlığında AZAL-a məxsus olan Bakı-Qroznı aviareysinihəyata keçirən sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlıqısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təminolunacaq.

Trend xəbər verir ki, bunu Baş prokuror KamranƏliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindəncinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarətisahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrinmüzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanıdeyib.

"Ötən ilin sonunda ölkəmiz və xalqımız üçün böyük faciə hesabolunan “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsusJ2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”təyyarəsinin Rusiya hava məkanında kənar fiziki və texniki müdaxilənəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması faktı iləbağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən hadisənin səbəblərinin araşdırılması üçün Baş nazirinrəhbərliyi ilə Dövlət Komissiyası yaradılmış və dövlət başçısınıntapşırığına əsasən cinayət işi başlanılmışdır.

Qazaxıstan Respublikası və Rusiya Federasiyasının prokurorluq vədigər aidiyyəti qurumları ilə hadisənin baş verməsinin əslsəbəblərinin müəyyən edilməsi istiqamətində hazırda qarşılıqlıəməkdaşlıq şəraitində istintaq hərəkətləri davam etdirilir və qısamüddət ərzində konkret nəticələrin əldə edilməsi təminolunacaqdır", - o bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olanBakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsiQazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarəningöyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isəsağ qalıb.

Məqalədə:
Seçilən
9
4
az.trend.az

10Mənbələr