Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılacaq.
Yenilik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.