“1/4 milyard uşaq hava səbəbindən məktəbə getməyi dayandırıb” – BMT
“2024-cü ildə 85 ölkədə təqribən 242 milyon uşaq ekstremal hava şəraiti səbəbindən məktəbdən kənarda qalıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatda deyilib.
Hesabatda qeyd olunur ki, ən çox orta təhsilə isti dalğaları təsir edib.
Cənubi Asiya iqlimlə bağlı məktəblərdəki fasilələrdən ən çox zərər çəkmiş region olub. Orada hava fəlakətləri 128 milyon məktəbliyə ziyan vurub. Hindistanda bu rəqəm 54 milyona, Banqladeşdə 35 milyon uşağa çatıb.