AZ

Avropa İttifaqı gürcüstanlı diplomatlar üçün vizasız rejimi ləğv edib

Bakı. Trend:

Avropa İttifaqının 27 üzv-dövlətinin xarici işlər nazirləriGürcüstanın diplomatik pasport daşıyıcısı olan vətəndaşları üçünvizasız rejimin dayandırılması haqda qərarı təsdiqləyib.

Trend xəbər verirki, bu haqda Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumatyayıb.

“Bu gün Şura Avropa İttifaqı ilə Gürcüstan arasında vizarejiminin sadələşdirilməsi haqda sazişin bir hissəsinin qüvvəsinidayandırmaqla bağlı qərar qəbul edib. Bu qərarın nəticəsindəgürcüstanlı diplomatlar və vəzifəli şəxslər Avropa İttifaqıölkələrinə səfərlər edən zaman viza üçün ərizə ilə müraciət etməliolacaqlar”, - məlumatda qeyd olunub.

Sənəddə həmçinin qeyd olunur ki, gürcüstanlı diplomatlar vəvəzifəli şəxslər daha qısa müddətli ərizə müraciəti, aşağı vizahaqqları və viza üçün daha az sənəd təqdim etmək kimi imkanlardanməhrum olacaqlar.

Seçilən
19
4
az.trend.az

5Mənbələr