"Bu ölkənin gənclərini zorla aldadaraq dağlara qaçıran terror baronlarının yolun sonu göründü. Terrorsuz Türkiyə hədəfimizə addım-addım yaxınlaşırıq"
Turkustan.az xəbər verir ki, bunu Türkiyə prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclik Qolunun Ankara İdman Salonunda keçirilən 7-ci Adi Qurultayındakı çıxışı zamanı bildirib.
"Qırx ildir ki, ölkəmizin və millətimizin qanını zəli kimi udduran terrora qarşı mübarizəmiz çoxşaxəli şəkildə davam edir. Bu ölkənin gənclərini gah zorla, gah da aldatmaqla dağlara aparan terror baronlarının yolu sonudur. “Terrorsuz Türkiyə” hədəfimizə addım-addım yaxınlaşırıq. Biz gənclərimizin heç bir səbəbdən terrorun vəhşi dişləri arasında itməsinə imkan verməyəcəyik. Biz imperialistlərin başımıza gətirdiyi bu bəladan xilas olacaq, onların qırx illik oyunlarını pozacaq, bu torpaqlardakı min illik qardaşlığımızdan güc və ilham alaraq işıqlı gələcəyimizi birlikdə quracağıq. Ölkəmizdə və onun hüdudlarından kənarda təkcə cəmiyyətin müəyyən təbəqələrinin deyil, türklər, kürdlər və ərəblər də daxil olmaqla 85 milyon insanın hamısının faydalanacağı bir ab-hava yaradacağıq”.
Aytən Yaşar/ Turkustan.az