AZ

Nevroloq 50 yaşdan yuxarı olanlara xəbərdarlıq etdi: 3 növ baş ağrısı həyati əhəmiyyət kəsb edir

Nevroloq 50 yaşdan yuxarı olanlara xəbərdarlıq etdi:

Baş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir, lakin bəzi hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nevroloq Dr. Baibing Chen 50 yaşdan yuxarı insanlarda diqqət edilməli olan üç növ baş ağrısını vurğulayıb. Ən narahatedici baş ağrısı "ildırım gurultusu" kimi təsvir edilir və bu, anevrizmanın yırtılması nəticəsində meydana gələ bilər. Bu ağrı sürətlə şiddətlənir və boyun ağrısı, qusma, qıcolma kimi əlamətlərlə müşayiət olunur.

Baş ağrısına beyindəki qan damarlarının daralması və ya venoz tromboz kimi ciddi səbəblər də təsir edə bilər. Dr. Chen yaşlandıqca yeni miqren baş ağrılarının inkişaf ehtimalının azaldığını, lakin baş ağrılarının daha ciddi vəziyyətlərdən, məsələn, hematoma və ya beyin şişi kimi xəstəliklərlə əlaqəli ola biləcəyini qeyd edir.

Baş ağrısı ilə müşayiət olunan görmə dəyişikliyi, baş dərisində həssaslıq və ya çeynəmə zamanı ağrı kimi simptomlar damarların iltihabının göstəricisi ola bilər və müalicə edilməzsə, korluğa səbəb ola bilər. Göz qapaqlarının sallanması, genişlənmiş göz bəbəkləri və ikiqat görmə kimi əlamətlər də anevrizmanın xəbərçisi ola bilər və təcili tibbi yardım tələb edir.

Dr. Chen erkən diaqnozun vacibliyini vurğulayaraq, bu əlamətlərin beyin anevrizmasını yırtılmadan əvvəl aşkar etmək üçün nadir fürsət təqdim etdiyini bildirir. O, yeni və qeyri-adi baş ağrılarının mütəxəssis tərəfindən qiymətləndirilməsinin vacibliyini qeyd edir. Baş ağrılarının səbəbləri arasında stress, susuzluq, zəif duruş və görmə problemləri ola bilər, lakin fərqli simptomlar ciddi xəstəliklərə işarə edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
36
e-saglam.az

1Mənbələr