UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Real Madrid"lə qarşılaşacaq "Brest"in baş məşqçisi Erik Rua İspaniya nəhəngi ilə görüşdən danışıb.
Fanat.Az "Goal.com"a istinadən xəbər verir ki, o, rəqib komandanın ulduz hücumçusu Kilian Mbappenin La Liqanın 21-ci turunda "Valyadolid"lə matçda het-trik etməsinə də münasibət bildirib:
"Real"la oyuna hazırlaşmaq bütün hallarda, asan olacaq. Hətta taktiki-texniki yöndə nələrisə təhlil edərək futbolçulara aşılamalı olsaq belə... Biz uşaqları oyuna kökləməkdən daha çox onları sakitləşdirməliyik. Motivasiya baxımından hər şey qaydasındadır.
Son çempionat qarşılaşmasında 3 qol vuran Kiliana gəlincə, o, hələ ən yaxşı formasında deyil. Amma məncə, bu, normaldır".
Xatırladaq ki, "Brest" "Real" ilə yanvarın 29-da üz-üzə gələcək.
Nihat