Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata görə, ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Əliyev Ehtiram Canalı oğlu 27 iyul 1974-cü ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almış və 1992-cü ilin iyulunda Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda sücaətlə vuruşmuş və cəbhənin Kəlbəcər istiqamətində ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 yanvar 1994-cü ildəŞirvan şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!