Olaylar xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
"Bu gün Şura Avropa İttifaqı ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi haqda sazişin bir hissəsinin qüvvəsini dayandırmaqla bağlı qərar qəbul edib. Bu qərarın nəticəsində gürcüstanlı diplomatlar və vəzifəli şəxslər Avropa İttifaqı ölkələrinə səfərlər edən zaman viza üçün ərizə ilə müraciət etməli olacaqlar", - məlumatda qeyd olunub.
Sənəddə həmçinin qeyd olunur ki, gürcüstanlı diplomatlar və vəzifəli şəxslər daha qısa müddətli ərizə müraciəti, aşağı viza haqqları və viza üçün daha az sənəd təqdim etmək kimi imkanlardan məhrum olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31