Böyük Britaniyada Əfqanıstandan gələn qaçqınlara sığınacaq verilməyəcək. Bu barədə britaniyalı "Telegraph" qəzeti məlumat yayıb.Nəşrin məlumatına görə, britaniya hakimiyyəti Əfqanıstan qaçqınlarının köçürülməsi ilə bağlı müraciətlərini rədd etməyi planlaşdırır. Bu, Pakistanı tərk etmək istəyənlərə aiddir. Onlar iddia edirlər ki, Paktistan hökuməti ilə "Taliban" hökuməti arasında baş verən münaqişə səbəbindən təqib olunurlar.2024-cü ilin sonunda Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb. Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin hərbçiləri "düşmən qüvvələrinin və onların tərəfdarlarının mərkəzlərini və sığınacaqlarını" hədəf alıb. Həmçinin vurğulanıb ki, zərbələr Pakistanla sərhəddən kənar yerlərə endirilib.25 dekabrda məlum oldu ki, Pakistan Hava Qüvvələri (HHQ) Əfqanıstanda, ehtimal olunan terrorçuların gizləndiyi yerlərə bir neçə zərbə endirib.Səidə
Diqqət Çəkənlər
Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub
HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək
NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı