Delimitasiya nəticəsində Ermənistanın strateji infrastrukturu Azərbaycan nəzarətinə keçməyəcək.
”Bakuinfo” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli kanala müsahibəsində deyib.
“Delimitasiya nəticəsində bizim strateji infrastrukturlarımız başqa ölkənin ərazisində qala bilməz”, – o bildirib.
Qeyd edək ki, şərti sərhədin şimal hissəsində delimitasiya nəticəsində Ermənistanın Gürcüstana yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir.