AZ

"Mançester Siti"nin qolçusu Bundesliqa yolunda - Amma bir problem var

"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Ceyms Makati Almaniya çempionu "Bayer Leverkuzen"in "radar"ına düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, “əczaçılar” 22 yaşlı ingilisi cari mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. Eyni zamanda, Almaniya klubu müqaviləyə futbolçunun 25 milyon avroya alınması variantı ilə bağlı bənd daxil etmək istəyir.
Bununla belə, “şəhərlilər”in Makatini icarəyə verə biləcəyi az ehtimal olunur. Bu onunla əlaqədardır ki, “Siti” FİFA qaydalarına uyğun olaraq artıq altı yerlik limiti doldurub. Pep Qvardiolanın komandası Kalvin Fillips, Yan Koutu, Maksimo Perrone, İssa Kabore və Coş Vilson-Esbrandı icarəyə verib. Son olaraq bir neçə gün əvvəl "Milan"a keçən Kayl Uoker bu siyahıya əlavə edilib.

Ceyms Makate cari mövsümdə bütün turnirlərdə 14 matçda iştirak edib və bu matçlarda 5 qol vurub, o cümlədən Liqa Kubokunda "Salford"la görüşdə (8:0) het-trik edib.

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr